Bu ilin əvvəlindən İraqda 4 mindən çox insan öldürülüb, 1- minə yaxın iraqlı yaralanıb.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, avqustun 1-də BMT bu haqda açıqlama yayıb.
«Son 5 ildə biz belə bir göstəricinin şahidi olmamışıq»-deyə, hesabatda bildirilib.
Hesabata əsasən, 2013-cü ilin 7 ayı ərzində 4 min 137 iraqlı həlak olub, 9 min 865 nəfər isə yaralanıb. İyulda öldürülənlərin sayı iyundakından çox olub. İyulda 928 nəfər həlak olub, 2 min 109 nəfər isə yaralanıb.
«Ən çox Bağdad sakinləri itki verib – 957 nəfər (238 nəfər həlak olub, 719 sakin isə yaralanıb). Onun ardınca Babil, Vasit və Bəsrə şəhərləri gəlir»-deyə, BMT-nin İraq üzər komissiyası bildirib.
Mülki sakinlərlə yanaşı ,təhlükəsizlik xidmətinin 129 əməkdaşı həyatını itirib, 217-si yaralanıb.