İraq prezidenti mühafizə xidmətinin başçısı yaşadığı evdə, İraqın şimalında naməlum şəxslər tərəfindən güllələnib.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, hazırda Almaniyada müalicə olunan prezident Cəlal Talabani başçılıq etdiyi kürdlərin Milli Birlik hərəkatının saytı bildirib ki, olay kürdlərin idarəçiliyi altında olan bölgənin Süleymaniyyə şəhərində baş verib. İki nəfər xidmət başçısı polkovnik Səravr Hama Rəşidin evinə basqın edərək, həyata yoldaşının gözü önündə ona üç dəfə atəş ediblər.
Xatırladaq ki, Cəlal Talabani 2012-ci il dekabrın ortalarında «insult» diaqnozu ilə müalicə olunmaq üçün Almaniyaya aparılıb.