“Türkiyədən geri çəkilən PKK-çıların İraq ərazisinə girməsinin əleyhinəyik”. Lent.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə İraqın Xarici İşlər Nazirliyi açıqlama yayıb. Yayılan açıqlamada qeyd olunur ki, PKK-çıların İraq torpaqlarına girməsi mümkün deyil.
“İraq hökuməti olaraq Türkiyənin bölgədə sülh üçün etdiyi hərəkətləri alqışlayırıq. Bununla yanaşı, İraqın suverenliyi, təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi, həmçinin başqa ölkələrin daxili işlərinə qarışmamaq prinsiplərinə əsaslanaraq, PKK-çıların İraq torpaqlarına daxil olmasının əleyhinəyik”.-deyə, İraq XİN-nin yaydığı açıqlamada bildirilir.