İranlı nazir «Facebook»a girişi dəstəkləyib
06 noyabr 2013 05:07 (UTC +04:00)

İranlı nazir «Facebook»a girişi dəstəkləyib

İranın islam irşadı və mədəniyyət naziri Əli Cənnəti adi vətəndaşların sosial şəbəkələrə girişinin sərbəst olmasını bildirib.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, yerli KİV qeyd edib ki, nazir ayrıca olaraq, bu məsələdə «Facebook»-u vurğulayıb.

 

Xatırladaq ki, «Facebook» və «Twitter» 2009-cu ildən, ölkədə keçirilən prezident seçkinin rəsmi nəticələrinə  və hakimiyyətə qarşı etiraz aksiyası keçirilən zamandan qapadılıb.

 

Bununla beə hakimiyyət rəsmiləri və bir sıra siyasilər bu sosial şəbəkələrdən yararlana bilsələr də, adi vətəndaşların ondan məhrum olduğu bildirilib.

 

«Twitter»-də səhifəsi olan ölkəni yeni hökumət başçısı Həsən Ruhani seçkiqabağı kampaniya zamanı internetdə senzuranın yumşaldılacağını boyun olmuşdu. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 489
avatar

Oxşar yazılar