İran parlamenti milli təhlükəsizlik məsələləri üzrə komitəsinin başçısı Əlaəddin Brucerdinin başçılığı ilə deputatlardan ibarət nümayəndə heyəti avqustun 31-də Suriyada səfərdə olub.
Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, nümayəndə heyəti Suriyadakı rejimin başçısı Bəşar Əsədlə görüşüb.
Ə.Brucerdi ABŞ-ın Suriyaya ehtimal olunan hücumunu mühakimə edib. İranlı nümayəndən heyətinin başçısı müxalifətə qarşı fikrilər söyləyib və onların əlində zəhərli qaz olduğu barədə İranın ABŞ xəbərdar etdiyini söyləyib.
Deputatlar Suriya vətəndaşlarına qarşı kimyəvi silah tətbiqini də pislədiklərini vurğulayıblar.