ABŞ-ın Maliyyə Nazirliyi İranla əlaqədə olan 20 şirkət, hüquqi şəxsə sanksiya tətbiq edib.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, həmin şirkətlər İran neftinə tətbiq olunan embarqodan yan ötərək, İslam Respublikasının nüvə proqramına yardım etdiyi, silahlanma proqramına materiallar götürdüyü üçün siyahıya düşüblər.
Həmin siyahıya İran İnqilab Keşikçiləri Qvardiyası ilə əməkdaşlığına görə, Malaziyanın «Petro Qreen» şirkəti, habelə İranın üç nəqliyyat müəssisəsi daxildir.
Xatırladaq ki, «İran Air»-yə artıq sanksiyaya tətbiq edilib. ABŞ-ın iki şirkəti də İranın nüvə proqramına yardım etməkdə günahlandırılır.