İranla Cənubi Qafqaz dövlətləri arasında ticarət dövriyyəsi azalıb
İranla Cənubi Qafqaz ölkələri arasında ticarət dövriyyəsi cari ilin martında ötən ilin uyğun dövrü ilə müqayisədə azalıb.
Lent.az-ın «Vestnik Kavkaza»-ya istinadən məlumatına görə, İran neft istisna olmaqla Azərbaycan, Gürcüstan və Ermənistana martın 20-dən aprеlin 20-dək olan dövrdə 45,52 milyon dollarlıq mal ixrac olunub ki, bu da ötən ilin uyğun dövrü ilə müqayisədə 11 faiz azdır. İran təqvimi ilə müqayisədə isə 32 faiz azalıb.
Cənubi Qafqaz dövlətlərindən isə İrana qeyri-neft sektorundan 3 milyon 214 min dollarlıq mal ixrac olunub. Bu da öz növbəsində ötən ilin bir ayındakı ixracatdan 3,6 dəfə azdır.
Ümumilikdə İran nef sektoru istisna olmaqla ixrac və idxal etdiyi bütün mallar mart-aprel ayında uyğun olaraq, 2,497 milyard dollar və 2,037 milyard dollar təşkil edib. Bu isə ötən ilin uyğun dövrü ilə müqayisədə ixracatın 11,1 faiz, idxalatın isə 38,99 faiz azalması deməkdir.