İranın tanınmış siyasətçisi, mühafizəkar İslam Vəhdəti Partiyasının baş katibi Həbibulla Əsgəroladi 82 yaşında Tehranda vəfat edib.
Lent.az-ın «İRNA»-ya istinadən məlumatına görə, ölkənin ali rəhbəri ayətullah Seyid Əli Xamneyi onun ailə üzvlərinə, qohumlarına və «İran xalqına» baş sağlığı verib.
Həbibullah Əsgəroladi 1932-ci il yanvarın 3-də İranda yəhudi ailəsində anadan olub. Onun ailəsi Rza şah Pəhləvinin dövründə islamı qəbul edib. 1979-cu il inqilabından sonra o, İmdada Xomeyni Fondunun prezidenti olub. Çeşidli illərdə sosial təminat, ticarət naziri vəzifələrində çalışıb. İran ETTELAAT-ına başçılıq edib.
1981 və 1985-ci illərdə prezidentliyə namizədliyini irəli sürüb. Haşimi- Rəfsəncaninin başçılıq etdiyi Məsləhət Şurasının üzvü idi.
1981-ci ildə ona sui-qəsd edildiyi haqda xəbər yayılmışdı.