İranın nüvə probleminin həlli ilə bağlı Netaniyahudan təklif
21 noyabr 2013 06:18 (UTC +04:00)

İranın nüvə probleminin həlli ilə bağlı Netaniyahudan təklif

İsrailin baş naziri Binyamin Netaniyahu İranın nüvə problemini Suriyanın kimyəvi silahının ləğv edilməsi üsulu həll edilməsini təklif edib.

 

Lent.az-ın «RİA Novosti» istinadən məlumatına görə, o, Rusiyaya səfəri zamanı prezident Vladimir Putinlə görüşün yekunu ilə bağlı keçirilən mətbuat konfransında deyib: «Beynəlxalq ictimaiyyət BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qərarın yerinə yetirilməsinə - uranın zənginləşdirilməsini dayandırmasına, sentrifuqaların ləğv edilməsinə, zənginləşdirilmiş materialın İrandan çıxarılmasına nəzarət etməlidir».

 

O, qeyd edib ki, İsrail İranın nüvə probleminin dinc, diplomatik yolla həllində maraqlıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 589
avatar

Oxşar yazılar