İranın Milli Qaz Şirkəti ləğv edilir
21 noyabr 2013 02:43 (UTC +04:00)

İranın Milli Qaz Şirkəti ləğv edilir

Atom-nüvə proqrammı İran iqtisadiyyatı üçün ciddi problemlər yaratmaqdadır.

 

Lent.az-ın «Fergananews»-a istinadən məlumatına görə, İranın Dövlət Milli Qaz Şirkəti müflis olub. Bu haqda qurumun icraçı direktoru Həmidrza Əraqi açıqlama verib.

 

Direktorun sözlərinə əsasən, şirkətin 4 milyard dollardan artıq borcu var. O, deyib ki, son 2 ildə daxili bazarın «mavi yanacaq»la t min edilməsində qıtlıq yaranıb.

 

İslam Respublikasının informasiya vasitələri ölkənin neft naziri Bijən Zəngənəyə istinadən qaz şirkətinin ləğvi haqda xəbər yayıb.  
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 852
avatar

Oxşar yazılar