Noyabrın 21-də İranın energetika naziri Həmid Çitçianın başçılıq etdiyi nümayəndə heyəti İrəvana səfər edib.
Lent.az-ın «Novosti-Armenii»-yə istinadən məlumatına görə, o, energetika naziri Armen Movsisiyan, təbiəti mühafizə naziri Aram Arutyunyanla görüşlər keçirib.
İranlı nazirin Ermənistan prezidenti Serj Sarkisyanla görüşü planlaşdırılıb.
İslam Respublikasının nümayəndə heyəti erməni həmkarları ilə energetik sahə ilə bağlı problemləri, özəlliklə, İran-Ermənistan yüksək gərginlikli elektrik xəttinin tikintisi və Meğridə, Araz çayının üstündə Su Elektrik Stansiyasının inşası, habelə elektrik enerjisi sahəsinə dair məsələləri müzakirə edib.