İrandan Əsədə hakimiyyət ömrü vədi
23 aprel 2013 00:16 (UTC +04:00)

İrandan Əsədə hakimiyyət ömrü vədi

Suriyadakı rejimin başçısı Bəşar Əsədi ciddi şəkildə dəstəkləyənlərdən birinin İrandakı hakimiyyət olduğu sirr deyil.

 

Lent.az-ın Türkiyə NTV-sinə istinadən məlumatına görə, İslam Respublikası parlamentinin beynəlxalq təhlükəsizlik və xarici əlaqələr komissiyasının başçısı Əlaəddin Bürucerdi Dəməşqdə B.Əsəd tərəfindən qəbul edilib. Bundan sonra iranlı deputat bildirib: «Suriya üçün ən yaxşı ssenari 2014-cü il prezident seçkisinə qədər Əsədin dövlət başçısı qalmasıdır».

 

O, açıqlamasında müxalifəti dəstəklədiyi üçün qonşu dövlətləri də qınayıb.

 

# 785
avatar

Oxşar yazılar