İranda yenə zəlzələ oldu
24 aprel 2013 17:01 (UTC +04:00)

İranda yenə zəlzələ oldu

İranda bu gün növbəti dəfə zəlzələ olub. Lent. az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, zəlzələ  4.7 bal gücündə, İsfahan əyalətində baş verib. İranın Xilasetmə Xidmətinin rəisi Mahmud Muzaffər jurnalistlərə açıqlamasında bildirib ki, qeyd olunan yeraltı təkanlar insan itkisinə səbəb olmayıb və yalnız 6 nəfər xəsarət alıb.

 

Qeyd edək ki, bir müddət öncə İranda baş verən yeraltı təkanlar nəticəsində yüzlərlə insan həlak olmuşdu.  

# 808
avatar

Oxşar yazılar