İranda ilk dəfə qadınlar da prezidentliyə iddialıdır
09 may 2013 10:26 (UTC +04:00)

İranda ilk dəfə qadınlar da prezidentliyə iddialıdır

 

İranda prezidentliyə namizədliyini irəli sürənlərin sayı 144 nəfərə çatıb.

Lent.az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bunu İran Daxili İşlər Nazirliyi açıqlayıb.

Prezidentliyə namizədlərin qeydiyyatı mayın 7-dən başlayıb və mayın 11-ə qədər davam edəcək. Mayın 7-də namizədliyini irəli sürənlərdən 75 nəfər, mayın 8-də 69 nəfər qeydiyyata alınıb.  Onların sırasında 2 qadın da var. Bununla da İranda ilk dəfə qadınlar prezidentliyə namizədlər sırasında yer alıb. Ancaq hansı namizədlərin seçkiyə qatılacağına Müşahidə Şurası qərar verəcək. Məsələn, 2009-cu ildə keçirilən prezident seçkilərində 475 namizəd qeydə alınsa da, Müşahidə Şurası yalnız 4 namizədin İran Konstitusiyasının tələblərinə cavab verdiyinə qərar verib və onlar seçkilərdə namizəd kimi iştirak ediblər. Bu seçkilərdə hansı namizədlərin iştirak edəcəyi isə 22-23 may tarixlərində elan olunacaq. Ölkədə prezident seçkiləri isə iyunun 14-də keçiriləcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 586
avatar

Oxşar yazılar