İranda gənc aktrisaya 1,5 il iş kəsilib
30 oktyabr 2013 06:12 (UTC +04:00)

İranda gənc aktrisaya 1,5 il iş kəsilib

İran hakimiyyətinin söz və fikir azadlığına qarşı mübarizəsi davam edir. Lent.az-ın «İRNA»-ya istinadən məlumatına görə, ötən gün ölkədə  islahat tərəfdarı kimi tanınan gənc aktrisa Pegah Ahəngərani həbs olunub.

ETTELAAT əməkdaşları onu yaşadığı mənzildən aparıblar.

Pegah Ahəngərani «dövlətin təhlükəsizlik maraqlarına ziyan vurmaqda» təqsirli bilinərək, 1,5 il azadlıqdan məhrum edilib.

 

Məlumatlara əsasən, ölkədə fəal vətəndaş mövqei ilə tanınan 24 yaşlı aktrisa vaxtaşırı siyasi hadisələri şərh edir, xarici kütləvi informasiya vasitələrinə müsahibələr verirmiş.

Anası qərardan şikayət verəcəklərini bildirib.

«Frans Press» agentliyinin məlumatına görə, qərar qüvvəyə minənədək o, azadlıqda qalacaq.

Pegah Ahəngərani indiki Həsən Ruhaninin tərəfdarlarından sayılır və  hesab edir ki, onun hökumət başına gəlməsi ilə ölkədə siyasi-ictimai ovqat dəyişəcək, habelə ona qarşı qaldırılan cinayət işinə yenidən baxılacaq.

Onu da qeyd edək ki, o,  3 ildir ev dustaqlığında saxlanılan, 2009-cu ildə prezidentliyə namizəd olmuş, keçmiş baş nazir Mirhüseyn Musəvinin seçki qərargahının fəal üzvlərindən olub. Ahəngərani 2009-cu ildə keçirilən prezident seçkisinin rəsmi nəticələrinə kütləvi etirazlara dəstək verdiyinə üçün bir neçə dəfə təhdid edilib.

Gənc aktrisa 2011-ci il iyulun 11-də tutulub, ETTELAAT-da dindirildikdən sonra azadlığa buraxılsa da, onun ölkədən çıxmasına qadağa qoyulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1414
avatar

Oxşar yazılar