İranda daha bir güclü zəlzələ baş verib
13 may 2013 03:06 (UTC +04:00)

İranda daha bir güclü zəlzələ baş verib

Mayın 12-də İranın Hörmüzqan vilayətində  zəlzələ baş verib. APA-nın Tehran Universiteti, Geofizika İnstitutu, Seysmoloji Xidmət Mərkəzinin rəsmi saytına istinadən məlumatına görə, təbii fəlakətin episentri yenə də Gövhəran şəhəri olub.

 

Məlumata görə, 5.5 bal gücündə olan zəlzələ yerli vaxtla saat 15:24-də (Bakı vaxtı ilə 15:54-də) yerin 20 km dərinliyində meydana gəlib. Təbii fəlakət Gövhərandan 21 km, Minabdan 81 km, Manucandan 85 km və Tehrandan 1168 km uzaqlıqda baş verib.

 

 Dağıntı və tələfat barədə məlumat verilməyib. Bundan əlavə, Gövhəranda 4.2, 4.3, 4.5 və 4.6 bal gücündə və dərinlikləri 10-28 km arasında olmaqla daha 4 yeraltı təkan qeydə alınıb.

 

Qeyd edək ki, mayın 11-12-də gündə İranın Hörmüzqan vilayətində  30 yeraltı təkan qeydə alınıb. Yeraltı təkanların ən kiçiyi 4.1, ən böyüyü isə 6.2 bal gücündə, dərinlikləri isə 5-29 km arasında olub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 717
avatar

Oxşar yazılar