İranın Kerman əyalətinin Cənubi Rudbar şəhərində atışma baş verib.
Lent.az-ın «iran.ru»-ya istinadən məlumatına görə, olay nəticəsində bir polis həlak olub, 3-ü yaralanıb.
Mənbə hadisə haqda əyalətin polis rəisinin müavini Əlrza Pəriva açıqlama verib.
Onun sözlərinə görə, polis əməkdaşları avtomobil saxlatdırmağa cəhd edib, onlar isə tabe olmayaraq, atəş açıblar. Asayiş keşikçiləri də onlara cavab atəş açıb. Onlar polislərə zərbə vurduqdan sonra olay yerindən qaça bilib.
Xatırladaq ki, İnqilab Keşikçiləri Qvardiyası quru qüvvələrinin «Qüds» qərargahı noyabrın 18-də bəyanat yayaraq, noyabrın 6-da qətlə yetirilən Zabul şəhərinin prokuroru Musa Nuri Qələnonun qatillərini tutduqlarını bildirib.
Bəyanatda tutulanların kimliyi haqda məlumat verilməyib.
Qeyd edə kiki, İranın Sistan-Bəlucistan əyalətinin Zabul şəhərinin prokuroru Musa Nuri Qələno noyabrın 6-da qətlə yetirilib. İki silahlı şəxs sübh saatlarında işə gedən Musa Nuri Qələnonun avtomobilinə yaxınlaşaraq ona və sürücüsünə odlu silahdan bir neçə dəfə atəş açıb. Prokuror və sürücüsü yerindəcə həlak olub.
İranda bəlucların milli haqları uğrunda silahlı mübarizə apardığını iddia edən “Ceyşül ədl” («Ədalət ordusu») qrupu noyabrın 7-də bəyanat yayaraq Zabul şəhəri prokurorunun qətlini üzərinə götürüb.