İranda 75 nəfər prezident olmaq istəyir
08 may 2013 10:54 (UTC +04:00)

İranda 75 nəfər prezident olmaq istəyir

İranda prezident seçkilərinə namizədlərin rəsmi qeydiyyatalma mərhələsinin ilk günü 75 nəfər ərizə verib.


 

APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bunu İranın daxili işlər naziri Mustafa Məhəmməd Nəccar bildirib.

 

Qeyd edək ki, prezidentliyə namizəd kimi qeydiyyata alınmaq üçün ərizə verənlər arasında 5 nüfuzlu şəxs də var. Bunlar İran Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Həsən Ruhani, İran Mərdomsalari (Demokrat) Partiyasının baş katibi, keçmiş islahatçı millət vəkili Mustafa Kəvakabian, sabiq səhiyyə naziri Kamran Bağıri Lənkərani, keçmiş yollar və şəhərsalma naziri Məhəmmədrza Səidikiya və sabiq vitse-prezident Sadıq Vaəzzadədir.

 

Eyni zamanda ilk gün prezidentliyə namizəd kimi qeydiyyata alınmaq üçün ərizə verənlər içərisində qəribə geyim və davranışları ilə diqqət çəkən şəxslər də olub. Bəzi vətəndaşlar normal şərtlərdə İran küçələrində belə taxılmayan qalstukla seçki bürosuna müraciət edərkən, başqa bir adam da kəfənlə ərizə verməyə gəlib. İrandakı bir futbol komandasının fan-klubunun lideri maraqlı şapka və saç stili ilə medianın diqqətini çəkərək prezident seçkiləri üçün seçdiyi şüarın “İran çempion olacaq, Allah bilir haqqıdır” olduğunu söyləyib.

 

Xatırladaq ki, mayın 7-də İranda iyunun 14-də keçiriləcək XI dönəm prezident seçkilərinə namizədlərin rəsmi qeydiyyatalma mərhələsi başlayıb. Proses mayın 11-dək davam edəcək. Mayın 12-16-da İran Konstitusiyasına Nəzarət Şurası (Şura-ye Negahban) həmin namizədlərin səlahiyyətinə baxacaq və kimin prezident seçkilərinə buraxılması və ya namizədliyinə xitam verilməsi barədə qərar çıxaracaq. Bundan sonra hansısa bir səbəbdən namizədliyinə xitam verilmiş prezidentliyə namizəd 16-23 may arasındakı bir müddətdə şuranın qərarından şikayət edə bilər. Mayın 23-24-də isə İranın Daxili İşlər Nazirliyi prezident seçkilərinə qatılacaq namizədlərin adlarını açıqlayacaq. Mayın 24-dən iyunun 12-dək təbliğat kampaniyası həyata keçiriləcək. Eyni zamanda İran Daxili İşlər Nazirliyi qeydiyyataalma mərhələsi və digər seçki işləri üçün ölkə daxilində 67 min seçki bürosunun fəaliyyət göstərəcəyini açıqlayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 650

Oxşar yazılar

İsrail və Suriya atəşkəs barədə razılığa gəldi

İsrail və Suriya atəşkəs barədə razılığa gəldi

19 iyul 2025 , 03:16
Ankarada  leysan   fəsadlar törətdi

Ankarada leysan fəsadlar törətdi

18 iyul 2025 , 23:48
56 yaşlı ekstremal idmançı faciəvi şəkildə öldü

56 yaşlı ekstremal idmançı faciəvi şəkildə öldü

18 iyul 2025 , 18:03
Makqreqor bu müğənniyə cinsi orqanının  şəklini göndərdi

Makqreqor bu müğənniyə cinsi orqanının şəklini göndərdi

18 iyul 2025 , 16:21
Səhvən lotereya bileti aldı, 2 milyon uddu

Səhvən lotereya bileti aldı, 2 milyon uddu

18 iyul 2025 , 13:18
Yeni qan qrupu TAPILDI:  yalnız bir nəfərdə var

Yeni qan qrupu TAPILDI: yalnız bir nəfərdə var

18 iyul 2025 , 10:44
Suriya lideri Dəməşqi tərk etdi

Suriya lideri Dəməşqi tərk etdi

18 iyul 2025 , 05:38
"Uber" pilotsuz  taksilərə keçir

"Uber" pilotsuz taksilərə keçir

18 iyul 2025 , 03:23