Nüvə iddialarından imtina etməsi üçün ABŞ Konqresinin üzvləri İrana qarşı yeni sanksiyalar hazırlayır.
Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, bu haqda senatın xarici işlər üzrə komitəsinin sdəri Robert Menedes Tehranın nüvə proqrammı ilə bağlı dinləmələrdə çıxışı zamanı bildirib.
Konqress üzvlərinin çoxunun qənaətincə, ABŞ - İran münasibətlərində yumşalma yaransa da Amerika İrana qarşı təzyiqlər saxlamalıdır.
«Bizlərdən bəziləri İran qarşı yeni sanksiyaların neft ixracının azalmasına yönəli olmasının istəyir»-deyə, komitə sədri vurğulayıb.
O, deyib ki, beynəlxalq ictimaiyyətin tələblərini yerinə yetirəcəyi halda İrana qarşı sanksiyaların yumşalması da istisna edilmir.
Xatırladaq ki, Yaponiyada səfərdə olan ABŞ dövlət katibi Con Kerri oktyabrın 3-də jurnalistlərə açıqlamasında İranın nüvə probleminin həllindən danışıb.
O, İran prezidenti Həsən Ruhani hökumətinin yardımı ilə bu ölkənin nüvə probleminin uğurla həll olunacağına ümidvar olduğunu bildirib: «Ancaq Tehran apardığı nüvə fəaliyyətlərinin dinc xarakter daşıdığını Qərbə göstərmək istəyirsə, bunun üçün konkret və bir yol var: həmin fəaliyyətlərin sülh məqsədli olduğunu beynəlxalq ictimaiyyətə sübut etməlidir”.