Yəməndə qaçırılmış diplomatını İran azad etməyə hazırlaşır
22 avqust 2013 07:13 (UTC +04:00)

Yəməndə qaçırılmış diplomatını İran azad etməyə hazırlaşır

İranın Xarici İşlər Nazirliyi səfirliyin əməkdaşının azad edilməsi məqsədi gələn həftə Yəmənin paytaxtı Sənaya özəl nümayəndə heyəti göndərəcək.

 

Lent.az-ın İRNA-ya istinadən məlumatına görə, bu haqda xarici işlər nazirinin ərəb və Afrika dövlətləri üzrə  müavini Hüseyn Abdullahian açıqlama verib.

 

Xatırladaq ki, kimliyi bəlli olmayan silahlı şəxslər iyulun 21-də Sənanın cənubundakı diplomatlar məhəlləsində Nurəhməd Nikbəxti avtomobilindən çıxararaq özləri ilə bilinməz istiqamətə aparıblar.

İran diplomatını oğurlayan şəxslərin kimliyi və hansı siyasi cərəyana bağlı olması bilinməsə də, Yəmən polisi rəsmiləri onların «əl-Qaidə» təşkilatı ilə əlaqədə olduğunu təxmin etdiklərini bildirib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 415
avatar

Oxşar yazılar