İran XİN sözçüsü də prezident olmaq istəyir
13 may 2013 02:52 (UTC +04:00)

İran XİN sözçüsü də prezident olmaq istəyir

Ramin Mehmanpərəst İran Xarici İşlər Nazirliyinin sözçüsü vəzifəsindən istefa verib.

 

APA-nın İRİB-ə istinadən məlumatına görə, buna səbəb onun prezident seçkilərinə qatılmasıdır. Belə ki, R. Mehmanpərəst mayın 11-də prezidentliyə namizədliyinin qeydiyyata alınması üçün İran Daxili İşlər Nazirliyinin Seçki Qərargahına ərizə ilə müraciət edib.

 

Qeyd edək ki, İranda prezident seçkiləri bu il iyunun 14-də keçiriləcək. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 404
avatar

Oxşar yazılar