İran XİN-də yeni sözçü
13 may 2013 11:30 (UTC +04:00)

İran XİN-də yeni sözçü

İran Xarici İşlər Nazirliyində kadr dəyişikliyi olub. APA-nın məlumatına görə, İran xarici işlər naziri Əli Əkbər Salehi Seyid Abbas Əraqçını qurumun yeni sözçüsü təyin edib.


 

Eyni zamanda A. Əraqçi İran xarici işlər nazirinin Asiya və Sakit okean ölkələri üzrə müavinidir və bu vəzifəsini də icra edəcək.

 

Qeyd edək ki, Ramin Mehmanpərəst İran Xarici İşlər Nazirliyinin sözçüsü vəzifəsindən istefa verib. Buna səbəb onun İranda bu il iyunun 14-də keçiriləcək prezident seçkilərinə qatılmasıdır. Belə ki, R. Mehmanpərəst mayın 11-də prezidentliyə namizədliyinin qeydiyyata alınması üçün İran Daxili İşlər Nazirliyinin Seçki Qərargahına ərizə ilə müraciət edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 629
avatar

Oxşar yazılar