İran prezidenti qadın olmayacaq
17 may 2013 11:38 (UTC +04:00)

İran prezidenti qadın olmayacaq

Bu il iyunun 14-də İranda keçiriləcək prezident seçkilərində qadın namizədlər iştirak edə bilməyəcəklər.

 

Lent. az-ın “Mehr” agentliyinə istinadən verdiyi məlumata görə, İran Konstitusiyasının Mühafizə Şurasının üzvü Muhammed Yazdı qadınların prezidentliyə namizədliyinin Konstitusiyaya zidd olduğunu bəyan edib.

 

Xatırladaq ki,  prezident seçkilərində iştirak üçün 30 qadın qeydiyyatdan keçib. Müşahidəçilər qadınların prezidentliyə namizədliyi məsələsində İran Konstitusiyasında qeyri-müəyyənlik olduğunu bildirirlər. Lakin bu ölkədə hansı namizədlərin seçkiyə qatıla biləcəyi barədə yekun qərarı  Konstitusiyasını Mühafizə Şurası verir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 539
avatar

Oxşar yazılar