İranın getməkdə olan prezidenti Mahmud Əhmədinejad məhkəmə qarşısına çıxarılacaq.
Lent.az-ın İSNA-ya istinadən məlumatına görə, o, parlamentin sədri Əli Laricaninin şikayəti əsasında Tehranın cəza məhkəməsində sorğu-sual ediləcək.
Mənbənin bildirdiyinə əsasən, onun səlahiyyətləri bu ilin avqustunda başa çatır. Həmin tarixdə bu posta gətirilən Həsən Ruhani prezident kimi and içəcək. Odur ki, hökuməti tam təhvil verdikdən sonra cari il noyabrın 26-da M.Əhmədinejadın məhkəmə qarşısına çıxacağı ehtimal olunur.