İran parlamentinə və Xomeyninin türbəsinə <span style="color:red;">SİLAHLI BASQIN:  ölü, yaralı və girovlar var  - <span style="color:red;">YENİLƏNİB
07 iyun 2017 11:08 (UTC +04:00)

İran parlamentinə və Xomeyninin türbəsinə SİLAHLI BASQIN: ölü, yaralı və girovlar var - YENİLƏNİB

 

İran parlamentinin bəzi deputatları verdikləri açıqlamada parlamentinin təhlükəsizlik işçilərindən bir nəfərin şəhid olduğunu deyiblər.

 

Lent.az-ın tasnimnews.com/tr-a istinadən xəbərinə görə, hazırda İran parlamenti bağlanılıb, millət vəkillərinin parlamentə giriş-çıxışına icazə verilmir. Silah səsləri kəsilsə də, silahlı şəxslər hələ də yaxalanmayıb.

 

İran parlamenti ilə yanaşı, Tehranda yerləşən İmam Xomeyni türbəsində də silah səsləri eşidilib.

 

Türbəyə girən silahlı şəxs bir neçə nəfəri yaralayıb. 

 

Bununla yanaşı, İmam Xomeyni türbəsi metro stansiyasında da partlayış olub.

 

Hadisə yerinə 5 təcili yardım briqadası göndərilib. 

 

İranın "Mehr" agentliyi İran parlamentinə silahlı basqında yaralananların sayının 8 nəfər olduğunu, silahlı şəxslərdən birinin tutulduğunu yazıb. 

 

İmam Xomeyni türbəsində baş verən silahlı basqında 1 nəfər ölüb, 5 nəfər isə yaralanıb. Silahlıların 3 nəfər olduğu, onlardan 2-nin yaxalandığı, birinin isə özünü partlatdığı bildirilir.

 

 

***

 

10:31

 

İran parlamentində baş verən atışmada təhlükəsizlik qüvvələrindən bir nəfər ayağından yaralanıb.

 

Lent.az-ın tasnimnews.com/tr-a istinadən xəbərinə görə, silahlı şəxsin kimliyi hələ bəlli deyil. Atışma isə davam edir.

 

Tehrandan olan millət vəkili İlyas Hezreti isə silahlıların 3 nəfər olduğunu, onlardan 2-sinin "Kalaşnikov"dan, birinin isə tapançadan atəş etdiyini deyib.
 
 
***
 
 
10:27
 
 
İran İslam Respublikasının parlamentində atışma olub.
 
APA-nın xəbərinə görə, bu barədə İranın “Fars” və “Mehr” Xəbərə Agentlikləri məlumat yayıb. Məlumatlarda bildirilir ki, hazırda parlamentdə atışma səsləri eşidilir. İlkin məlumata görə, üç nəfər silahlı şəxs parlamentdə mühafizəçiləri yaralayaraq, bir neçə nəfəri girov götürüb. 
 
 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 140
avatar

APA Baycan

Oxşar yazılar

Dron uçuran turist 12 min dollar cərimələndi

Dron uçuran turist 12 min dollar cərimələndi

27 iyul 2024 , 00:09
Dünyanın ən hündür  tuneli tikiləcək

Dünyanın ən hündür tuneli tikiləcək

26 iyul 2024 , 17:36
Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

25 iyul 2024 , 22:47
Həkim yeni doğulan körpəni oğurladı

Həkim yeni doğulan körpəni oğurladı

25 iyul 2024 , 18:54
ABŞ-da bir kişini 100 ildir axtarırlar

ABŞ-da bir kişini 100 ildir axtarırlar

25 iyul 2024 , 16:31
Şagirdi ilə yatan  müəllim işdən qovuldu

Şagirdi ilə yatan müəllim işdən qovuldu

25 iyul 2024 , 13:42
Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT:  72 nəfər tutuldu

Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT: 72 nəfər tutuldu

25 iyul 2024 , 09:40
Rusiyada Mi-28 helikopteri  qəzaya uğradı -YENİLƏNİB

Rusiyada Mi-28 helikopteri qəzaya uğradı-YENİLƏNİB

25 iyul 2024 , 08:35