İran və Ermənistan hidroenergetika sahəsində layihələrin həyata keçirilməsi üzrə 3 müqavilə imzalayıb. Lent.az-ın “Press TV”yə istinadən verdiyi məlumata görə, anlaşmaya Tehranda iki ölkənin energetika nazirləri Həmid Çitçian və Armen Movsisyan imza atıb.
Nazirlər qarşılıqlı əlaqələrin genişləndirilməsini də müzakirə ediblər. Çitçian İran və Ermənistanın energetika sahəsində yüksək səviyyədə əməkdaşlıq etdiyini vurğulayıb. O bildirib ki, yeni anlaşmalar elektrik enerjisinin təbii qazla mübadiləsini, Araz çayı üzərində yeni Hidroelektrik Stansiyasının (HES) tikintisini, habelə, iki ölkə arasında gələcəkdə elektrik enerjisi mübadiləsini əhatə edir.
Movsisyan isə bildirib ki, iranlı həmkarı ilə danışıqların əsas mövzusu İrandan alınan qazın artırılması olub.