Noyabrın 20 - 21-də İranın atom - nüvə problemi ilə bağlı danışıqların növbəti mərhələsinin keçiriləcəyi planlaşdırılıb.
Tehran hakimiyyəti danışıqlarla bağlı şərt irəli sürüb. Lent.az-ın İran «Press TV»-sinə istinadən məlumatına görə, ölkə parlamentinin milli təhlükəsizlik ıə xarici siyasət üzrə komitəsinin üzvü Məhəmmədhəsən Əsafari deyib ki, ABŞ konqresi İrana qarşı yeni sanksiyalarla bağlı qanunu təsdiqləyərsə, o, zaman Tehran «danışıqlar masasını tərk edəcək».
Onun sözlərinə əsasən, bu haqda Tehran hakimiyyəti qərar qəbul edib.