İran hakimiyyəti «Röyter» informasiya agentliyinin ölkədə fəaliyyətini bərpasına icazə verib.
Lent.az-ın «Frans Press»-ə istinadən məlumatına görə, 2012-ci ilin martında Tehran hakimiyyəti agentliyi akkerditasiyadan məhrum etmişdi.
İslam Respublikasının islam irşadı və mədəniyyət naziri Məhəmmədcəfər Məhəmmədzadə bildirib ki, məhkəmə «Röyter»-in Tehranda bürosunu yenidən açmağa icazə verib. O,qərarın qəbul edildiyi tarixlə bağlı açıqlama verməyib.
Xatırladaq ki, döyüş sənətini öyrənən qadınlarla bağlı «Muzdlu qatil olmaq üçün minlərlə qadın-nindza məşq edir» başlıqlı video –süjetə görə agentliyin İranda fəaliyyəti yasaqlanmışdı. Düzdür sonradan bu başlıq belə dəyişmişdi : «İranda 3 min qadın-nindza məşq edir».Bununla belə İslam Respublikasının rəhbərliyi qərarını dəyişməmişdi.