Yaxın zamanlarda İran - ABŞ birbaşa təyyarə reysi açılacaq. Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, oktyabrın 30-da İslam Respublikası sənaye-ticarət palatasının təmsilçisi Əbülfəzl Hicazi bu haqda bildirib.
«İlk uçuşla bağlı «Perşn qalf zomorrod» hava şirkəti hazırlıq işinə başlayıb. Biz dövlət Aviasiya şirkətindən İslam Respublikasından ABŞ 13 saatlıq çarter reysi edəcək icazəni gözləyirik. ABŞ-da tam təmin olunan 4 milyon İran vətəndaşı yaşayır. Şübhəsiz iki dövlət arasında birbaşa təyyarə reysi İslam Respublikasına böyük məbləğdə xarici valyuta gətirəcək»- deyə, təmsilçi vurğulayıb.
Onun sözlərinə əsasən, reys Nyu-Yorkla Kiş adası arasında gerçəkləşməsi nəzərdə tutulub. Bu ada azad ticarət zonasıdır və ora getmək üçün vizaya ehtiyac yoxdur.