Parlament İordaniya Haşimilər Krallığının İsrail səfirinin ölkədən çıxarılması və krallığın yəhudi dövlətindəki təmsilçisinin geri çağırılması haqda təklifi birsəslə qəbul edib.
Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, buna səbəb «Əl-Əksa» məscidi rayonunda baş vermiş son olay göstərilib. ÖLkə parlamenti müsəlmanların Qüdsdəki müqəddəslərinə İsrail hakimiyyətinin «münasibətini də» mühakimə edib.
Qanunverici qurum 1994-cü ildə İsraillə imzalanmış sülh müqaviləsinə də yenidən baxılmasına hazırlığa başlanılması haqda qərar çıxarıb.
Xatırladaq ki, parlamentin bu qərarları daha çox deklarativ xarakter daşıyır və hökumətin icrası üçün məcburi deyil.
İordaniyalı deputatlar Qüdsün müftisi Məhəmməd Hüseynin saxlanılmasından da hiddətləndiklərini bildiriblər.