İordaniya kralı Çeçenistana gəlməyə hazırlaşır
18 aprel 2013 04:23 (UTC +04:00)

İordaniya kralı Çeçenistana gəlməyə hazırlaşır

İordaniyanın kralı II Abdulla Rusiyaya səfərə hazırlaşır. Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, səfəri taxiri hələ dəqiqləşdirilməyib.

 

Çeçenitsan prezidentinin mətbuat xidməti bildirib ki, bu,respublikanın prezidenti Ramazan Kadırovla kralın özəl elçisi əl-Şərif Məhəmməd əl-Luxaymak arasındakı görüşdən sonra məlum olub.

 

R.Kadırov sosial şəbəkədəki səhifəsində kralın özəl elçisinin ona Abdulla II-nin məktubunu gətirdiyini yazıb : «Orada İordaniya Haşimilər Krallığına dəvət öz əksini tapıb. Eləcə də kral Abdulla II Çeçenistana səfər etmək niyyətində olduğunu bildirib. Biz kralı böyük məmnunluqla qəbul edərik». 

# 413
avatar

Oxşar yazılar