İordaniya parlamenti radikal islamçı din xadimi Əbu Katadın vətənə dönməsi üçün Britaniya ilə müqaviləni təsdiqləyib.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, kral Abdullanın imzaladıqdan sonra qanun qüvvəyə minəcək.
Müqaviləyə əsasən, o, Ammana qayıtdıqdan sonra «işgəncəyə məruz qalmayacaq və ədalətli mühakimə olunacaq».
1999-cu ilin aprelində o, İordaniya məhkəməsi tərəfindən terrorçuluq fəaliyyətinə görə azadlıqdan məhrum edilmişdi.