İnsan orqanı alveri: 20 minə alıb, 130 minə satıblar
30 aprel 2013 04:39 (UTC +04:00)

İnsan orqanı alveri: 20 minə alıb, 130 minə satıblar

Kosovonun paytaxtı Priştina şəhərinin məhkəməsi insan orqanı satanın həbs edilməsi ilə bağlı qərar qəbul edib.

 

Lent.az-ın məlumatına görə, Avropa birliyinin təmsilçisi bu işi araşdıracaq.

 

Keçmiş hakimiyyətin ittiham olunan təmsilçisi məhkəmədə bəraət alaraq, sərbəst buraxılıb.

 

Priştina klinikalarından birində çalışan 5 nəfər barəsində qəti imkan tədbiri haqqında qərar çıxarılıb. İstintaq zamanı məlum olub ki, mühakimə olunacaq həmin işçilər 2008-ci ildə onlarla insan orqanı köçürməsi əməliyyatı ediblər.

 

Donorlar Şərqi Avropa və mərkəzi Asiya dövlətlərinin kasıb sakinləri olub. Onlar bir orqana  görə, 20 min dollar verəcəklərini boyun olublar. Ancaq xəstəyə həmin orqanı 130 min dollar satıblar.

 

 

# 1121
avatar

Oxşar yazılar