İngiltərənin cənub-şərqində 180-ə yaxın məhbus qiyam edib. Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, Britaniyanın Ədliyyə Nazirliyi bildirib ki, onlar iğtişaş törədib. Baş verən olaylar nəticəsində xəsarət alanlar var.
Kent qraflığında yerləşən həbsxananın rəhbərliyi qiyamçı məhbuslar arasında əcnəbilər də var. Bu zindanda əsasən seksual xarakterli cinayət törədənlər saxlanılır.
Həbsxanan rəhbərliyi bildirib ki, zindan məmurları da xəsarət alıb.