İngiltərə və İranın hökumət başçıları 10 ildən sonra danışıb
20 noyabr 2013 06:40 (UTC +04:00)

İngiltərə və İranın hökumət başçıları 10 ildən sonra danışıb

Son on ildə Britaniya və İranın hökumət başçıları arasında heç bir təmas olmayıb.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, 10 ildən sonra ilk dəfə Britaniyanın baş naziri Devid Kemeronla İran prezidenti Həsən Ruhani telefonla danışıblar. Mənbə bildirib ki, hökumət başçıları İranın nüvə problemi və Suriyadakı vəziyyəti müzakirə ediblər.

 

Tərəflər son zamanlar Londonla Tehran arasında qarşılıqlı münasibətlərin istiləşməsinə də toxunublar.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 494
avatar

Oxşar yazılar