İngilis haker ABŞ ordusunun kompüter sistemini dağıtmaqda şübhəli bilinir
28 oktyabr 2013 21:28 (UTC +04:00)

İngilis haker ABŞ ordusunun kompüter sistemini dağıtmaqda şübhəli bilinir

ABŞ Britaniyada həbs olunan haker Lor Lavı Amerika ordusu, Milli Kosmik Araşdırma Mərkəzi (NASA) və  ölkənin başqa dövlət qurumlarının kompüter sistemlərini dağıtmaqda ittiham edir.

 

Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, oktyabrın 28-də Nyu-Cersi ştatının Nyuark şəhəri uyğun ittihamı irəli sürüb.

 

ABŞ-ın hüquq sisteminə əsasən, böyük hüquqi-jüri orqanı məhkəmədən ayrıdır. Bu qurum ilkin araşdırma aparır və məhkəmə istintaqının lazımlığını müəyyənləşdirir.

 

28 yaşlı Lor Lav oktyabrın 25-də Londondan 112 km şimalda yerləşən Saffolk qraflığının Stradişel şəhərində yaşadığı mənzildə tutulub. Ancaq Britaniya hakimiyyəti onun həbsi barəsində məlumatı açıqlamayıb. İngiltərənin hüquq-mühafizə orqanları hakerlə bağlı öz araşdırmalarını aparır.

 

ABŞ hakimiyyətinin məlumatına əsasən, britaniyalı hakerin daha üç həmkarı olub, onlardan iki Avstraliyada, bir isə İsveçdədir. Bu üçü şübhəliyə qarşı hələlik ittiham irəli sürülməyib.

 

Mənbə bildirib ki, britaniyalı haker və onun əlbir olduğu adamlar bir neçə min kompüter sistemini dağıdaraq, çoxlu sayda gizli sənəd ələ keçirib.

 

Hakerlər ABŞ hərbi qurumunun raket hücumundan müdafiə idarəetmə, «NASA»-nın kosmik idarəetmə, mühəndis qoşunun kompüter sistemlərinə daxil olublar.

 

Britaniyalıya ABŞ-ın başqa Virciniya ştatı da ittiham irəli sürmək niyyətindədir.

 

İttihamlar təsdiqlənəcəyi halda həbs olunan hakeri Britaniyanın ABŞ-a təhvil verəcəyi hələlik məlum deyil. Britaniya ilə müqayisədə  Amerikada onu daha sərt cəza tədbiri gözləyir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 859
avatar

Oxşar yazılar