Indoneziyada  zəlzələ oldu
25 noyabr 2014 06:47 (UTC +04:00)

Indoneziyada zəlzələ oldu

Noyabrın 25-ə keçən gecə İndoneziyanın Sumatra adası yaxınlığında 5,2 bal gücündə zəlzələ baş verib.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri Açex əyalətində, arxipelaqın inzibati mərkəzi Simeluyedən 19 km şimali-qərbdə, ocağı isə 10 km dərinlikdə yerləşib.

 

Dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir. İndoneziyanın Milli meteorologiya,  iqlimşünaslıq və geofizika idarəsinin yaydığı məlumata görə, sunami təhlükəsi yoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 426
avatar

Oxşar yazılar