Kutaisi dairə məhkəməsi Vahid Milli Hərəkat partiyasının baş katibi və sabiq baş nazir Vano Merabişvili barəsində iki aylıq həbs-qətimkan tədbiri seçib. APA-nın Gürcüstan bürosunun gürcü mətbuatına istinadən məlumatına görə, məhkəmə Gürcüstanın sabiq səhiyyə naziri və Kaxeti bölgəsinin qubernatoru Zurab Çiaberişvili ilə bağlı 20 min lari depozit hökmünü seçib.
Onların tərəfdarları və əleyhdarları məhkəmə binasının ətrafına toplaşıb.
Polis təhlükəsizliyi təmin etmək üçün binanı mühasirəyə alıb.
Keçmiş nazirlərə qarşı irəli sürülən ittihamlar öz təsdiqini taparsa, o zaman onları 7 ildən 12 ilədək iş gözləyir.
Hələlik hər iki sabiq nazir ittihamları rədd edir.
Onların ikisi də prezident Mixail Saakaşvilinin yaxın tərəfdarlarıdır.
Xatırladaq ki, sabiq baş nazir məşğulluq üzrə dövlət proqramının həyata keçirilməsi zamanı qanunsuzluqlara yol verilməsi, 2011-ci il mayın 26-da müxalifətin Tiflisdə keçirdiyi kütləvi etiraz aksiyasının dağıdılması və 2006-cı il yanvarın 28-də bank işçisi Sandro Qirqvilianinin qətlə yetirilməsində ittiham edilir.
V. Merabişvil ilə birlikdə Kaxeti bölgəsinin qubernatoru Zurab Çiaberaşvili də saxlanılıb.