Türkiyə Böyük Millət Məclisi Türk Silahlı Qüvvələrinin xarici ölkələrə göndərilməsi və hərbi əməliyyatlarda iştirak etməsi ilə bağlı mandatın müddətinin daha bir il uzadılması haqda baş nazir Rəcəb Taib Ərdoğan hökumətinin layihəsini təsdiqləyib.
Lent.az-ın Türkiyə KİV-ə istinadən məlumatına görə, Suriya ilə həmsərhəddə Türkiyə vətəndaşlarının təhlükəsizliyin təmin etmək üçün ötən il oktyabrın 4-də bu mandatı almışdı.
Mandat səs çoxluğu ilə qəbul edilib.