Hizbullah HƏMAS-a ultimatum verdi
30 may 2013 18:13 (UTC +04:00)

Hizbullah HƏMAS-a ultimatum verdi

Suriyalı müxaliflər hərbi və tibbi yardım istəyirlər

 

Hizbullah HƏMAS üzvlərindən Livanı tərk etməyi tələb edib. Lent.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, Hizbullah HƏMAS-ı Suriyada prezident Bəşər Əsədə qarşı döyüşən Azad Suriya Ordusunun döyüşçülərinə hərbi təlim keçməkdə, silah ötürməkdə günahlandırır.

Qeyd edək ki, 2011-ci ilin dekabrında Suriyada qiyam vətəndaş müharibəsinə çevrilməyə başlayan zaman  HƏMAS lideri Xaled Maşal  Dəməşqi tərk edib və keçən ilin fevralında  Qətərə yollanıb. Elə həmin ay HƏMAS-ın baş naziri İsmail Xaniya Suriyada müxalifəti dəstəklədiklərini bəyan edib.

Bu arada Suriya-Livan sərhədi yaxınlığında yerləşən və hər iki tərəf üçün böyük strateji önəm daşıyan Kuseyr şəhərində mühasirəyə düşən suriyalı müxaliflər sosial şəbəkələrdə hərbi və tibbi yardım xahiş edirlər. Bir neçə gündür ki, Hizbullahın dəstəyi ilə hücuma keçən Suriya ordusu müxalifləri sıxışdırıb. 100 nəfəri ağır olmaqla, ən azı 700 yaralı müxalif var və onları mühasirəyə alınmış şəhərdən çıxarmaq mümkün olmur. Şəhərdə mühasirədə qalan müxaliflərdən Malek Amma bildirib ki, bu yaralılara tibbi yardım etmək üçün heç bir imkan yoxdur.

# 899
avatar

Oxşar yazılar