Hindistan hakimiyyət ölkənin cənubunda yeni ştatın yaranması haqda qərar qəbul edib.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, Telanqan ştatı indiki Andra-Pradeşin iki yerə – Cənub və Şimal hissəyə bölünməsi nəticəsində yaranacaq.
«BBC» bildirib ki, yeni ştatın yaranması Andra-Pradeşin əhalisinin etirazı ilə qarşılanıb.
Hökumətin qərarı Hindistan parlamenti və ştatın yerli assambleyasında müzakirə olunub, təsdiqləndikdən sonra qüvvəyə minəcək.