Son 2 ay ərzində Hindistanda günvurma nəticəsində 524 nəfər ölüb.
Lent.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, Hindistanın müxtəlif regionlarında temperatur 45 dərəcəni keçir.
Etavax rayonunda isə temperatur 46 dərəcəni keçib. Meteoroloqlar yaxın vaxtlarda yağış gözlənilmədiyini də açıqlayıblar.