Hindistanda avtobus çaya düşüb: 32 nəfər ölüb
08 may 2013 21:35 (UTC +04:00)

Hindistanda avtobus çaya düşüb: 32 nəfər ölüb

Hindistanın şimalındakı polis bildirib ki, Ximaçal-Pradeş ştatında sərnişin avtobusunun çaya aşması nəticəsində azı 32 nəfər həlak olub.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, sərnişinlə dolu olan avtobus dağlıq Kullu şəhəri yaxınlığında çaya düşüb.

 

Hələlik avtobusda olan sərnişinlərin sayı məlum deyil.

 

 

Polis qeyd edib ki, sərnişinlər bir çoxunu çayın sürətli axını aparıb.

 

Qeyd edək ki, bu il martın 19-da ölkənin qərbində baş vermiş oxşar hadisə nəticəsində 40 nəfərə yaxın insan həlak olmuşdu. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 436
avatar

Oxşar yazılar