Hərbi sahədə inqilabi yenilik
02 sentyabr 2013 10:46 (UTC +04:00)

Hərbi sahədə inqilabi yenilik

ABŞ Qabaqcıl Müdafiə Elmi Tədqiqat İşləmələri Agentliyi (DARPA) əsasən əsgərlər üçün nəzərdə tutulan “Warrior Web” proqramının inkişafı üzrə ikinci mərhələyə keçməyə hazır olduğunu rəsmən bəyan edib.

 

Lent.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, piyada missiyalarında əsgərlər tez-tez çəkisi 50 kiloqramadək olan müxtəlif elektronika, ehtiyat silah-sursat və digər yük daşımalı olurlar.

 

Böyük məsafələr qət edilən zaman əlavə yük diz, topuq, bud və bel kimi həssas yerlərdə, eləcə də bel sümüyündə zədələnmə riskini artırır. Lakin proqramın əsasını təşkil edən “Warrior Web” adlı kostyum o qədər yüngül və rahatdır ki, onu hətta adi hərbi forma altından geymək olar. Hazırkı kostyum prototiplərində oynaqları bərkidən, çəkini bütün bədən üzrə paylayan və kinestezik hissləri (hərəkət prosesi zamanı bədənin müxtəlif hissələrinin və əzələlərin vəziyyətinin hiss edilməsi) təmin edən texnologiya tətbiq edilib. Kostyumun konfiqurasiyasına missiyalarda dözümlüyün artırılması məqsədilə əsgərin orqanizminin vəziyyətinin diaqnostikası üçün nəzərdə tutulan çoxlu sayda cihazlar da daxildir.

 

“B” mərhələsi işləmənin yaxşılaşdırılması və kommersiyalaşdırılması üçün ideyalar axtarışını nəzərdə tutur. Maraqlı tərəflər üçün xüsusi tədbirlər artıq sentyabrın 5-də baş tutacaq. Hazırda “DARPA” mövcud texnologiyaların təkmilləşdirilməsi üsullarının axtarışındadır, eləcə də kostyumu maksimum rahat və möhkəm edəcək material və parçaları nəzərdən keçirir. Agentlik üçün həmçinin kostyumun fizioterapiya və ya hərəkət qabiliyyəti məhdud olan insanların reabilitasiyasında ondan potensial istifadə ilə bağlı mütəxəssislərin fikri də maraqlıdır. Hazırda “DARPA”-nın laboratoriyalarında “Warior Web” kostyumunun 3 işçi prototipi var. Lakin agentlik artıq bu il onlardan biri ilə bağlı qərar qəbul edəcəyinə ümid edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 975
avatar

Oxşar yazılar

Dron uçuran turist 12 min dollar cərimələndi

Dron uçuran turist 12 min dollar cərimələndi

27 iyul 2024 , 00:09
Dünyanın ən hündür  tuneli tikiləcək

Dünyanın ən hündür tuneli tikiləcək

26 iyul 2024 , 17:36
Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

25 iyul 2024 , 22:47
Həkim yeni doğulan körpəni oğurladı

Həkim yeni doğulan körpəni oğurladı

25 iyul 2024 , 18:54
ABŞ-da bir kişini 100 ildir axtarırlar

ABŞ-da bir kişini 100 ildir axtarırlar

25 iyul 2024 , 16:31
Şagirdi ilə yatan  müəllim işdən qovuldu

Şagirdi ilə yatan müəllim işdən qovuldu

25 iyul 2024 , 13:42
Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT:  72 nəfər tutuldu

Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT: 72 nəfər tutuldu

25 iyul 2024 , 09:40
Rusiyada Mi-28 helikopteri  qəzaya uğradı -YENİLƏNİB

Rusiyada Mi-28 helikopteri qəzaya uğradı-YENİLƏNİB

25 iyul 2024 , 08:35