Hər il 270 min insan avtoqəzanın qurbanı olur
03 may 2013 03:34 (UTC +04:00)

Hər il 270 min insan avtoqəzanın qurbanı olur

Hər il dünya yollarında 270 mindən çox piyada həlak olur. Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, bu isə yol-nəqliyyat hadisələri qurbanlarının ümumi sayının 22 faizi (1,24 milyon) deməkdir.

 

 

Ümümudünya Səhiyyə Təşkilatının məlumatına əsasən, hər həftə dünyada 5 min piyada yol –nəqliyyat qəzaları nəticəsində həyatını itirir.

 

Araşdırmalar görə qəzaların qurbanı yetkin piyada-kişilər, eləcə də uşaqlar olur.

 

38 faizlə Afrika bölgələri bu siyahıda öndədir. Cənub –Şərqi Asiyada bu göstərici ən az 12 faizdir.

 

Ölkələr üzrə bu siyahıya 66 faizlə Liberiya, 62 faizlə Salvador «başçılıq» edirlər. Qoşu Rusiya üzər bu göstərici 33,4 faizdir.

 

Bu qlobal problemə hakimiyyətlərin diqqətini cəlb etmək üçün BMT mayın 6-12 «Yol hərəkəti təhlükəsizliyi həftəsi» keçirəcək. Dünyanın 70 dövlətində bu tədbirin gerçəkləşdirilməsi planlaşdırılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 523
avatar

Oxşar yazılar