Havaya atəş açan azərbaycanlı barədə cinayət işi başlandı
20 may 2013 13:16 (UTC +04:00)

Havaya atəş açan azərbaycanlı barədə cinayət işi başlandı

Moskvada tapançadan havaya atəş açan azərbaycanlı barədə cinayət işi başlanıb.


 

APA-nın “kp.ru” saytına istinadən verdiyi məlumata görə, Moskvada yaşayan 19-yaşlı Əliyev Əbülfət Zahid oğlu xuliqanlıqda ittiham olunur.

 

Məlumata əsasən, Ə.Əliyev ötən şənbə günü öz dostları ilə Moskvanın Yasenevo adlanan ərazisində “Volkswagen Multivan” mikroavtobusda hərəkət edərkən ətrafdakı insanları qorxutmaq istəyib. Bunun üçün onlar maşının üzərinə sayrışan işıq siqnalı qoyan soydaşlarımız revolver tipli idman tapançasından atəş açmağa başlayıblar. Ətrafda olan insanlar dərhal polisi çağırıb və 20 dəqiqədən sonra maşın “Ürük” restoranı yaxınlığında polis tərəfindən saxlanılıb.

 

Məhkəmənin qərarından asılı olaraq atəş açan azərbaycanlını böyük məbləğdə cərimə ya da 5 ilədək həbs cəzası gözləyir. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 893

Oxşar yazılar

Marketdə insanlara hücum edən şəxs 11 nəfəri yaraladı

Marketdə insanlara hücum edən şəxs 11 nəfəri yaraladı

27 iyul 2025 , 04:04
"Akkuyu" AES təhlükə altında - Yanğınlarla əhatə olundu

"Akkuyu" AES təhlükə altında - Yanğınlarla əhatə olundu

26 iyul 2025 , 22:50
Qatarda doğduğu uşağı tualetə atdı,  həbs olunmadı

Qatarda doğduğu uşağı tualetə atdı, həbs olunmadı

26 iyul 2025 , 19:22
Dünyada ilk kabab institutu  fəaliyyətə başlayır

Dünyada ilk kabab institutu fəaliyyətə başlayır

26 iyul 2025 , 19:17
Bu müsəlman ölkəsi niqabı qadağan etdi

Bu müsəlman ölkəsi niqabı qadağan etdi

26 iyul 2025 , 16:43
Avtobus aşdı, 15 nəfər  öldü

Avtobus aşdı, 15 nəfər öldü

26 iyul 2025 , 09:24
Taylandın hücumu nəticəsində Kambocada 13 nəfər öldü

Taylandın hücumu nəticəsində Kambocada 13 nəfər öldü

26 iyul 2025 , 06:52
Hər il 20 min insana   çip taxılacaq

Hər il 20 min insana çip taxılacaq

26 iyul 2025 , 05:51