Türkiyənin Hatay vilayətində Tanışma kəndində mazut saxlanılan anbarda partlayış baş verib. Partlayış nəticəsində 10 nəfər ölüb.
Hatay Valiliyi Altınözü ilçəsinə aid Tanışma kəndində həyata keçirilən əməliyyatın gedişində şübhəli şəxsin təhlükəsizlik qüvvələrinə müqavimət göstərdiyi arada mazut anbarına atəş açması nəticəsində partlayış baş verdiyini bildirib. Məlumata əsasən, partlayış nəticəsində 10 nəfər ölüb, 3 nəfər isə yaralanıb.