Gürcüstanın yeni prezidenti noyabrın 17-də and içəcək
28 oktyabr 2013 14:56 (UTC +04:00)

Gürcüstanın yeni prezidenti noyabrın 17-də and içəcək

Gürcüstanın yeni prezidentinin andiçmə mərasimi noyabrın 17-də keçiriləcək.


 

APA-nın “Novosti Qruziya”ya istinadən xəbərinə görə, bunu Gürcüstan parlamentinin Hüquq komitəsinin sədri Vaxtanq Xmaladze bildirib.

 

Qeyd edək ki, oktyabrın 28-də Gürcüstanda prezident seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, səslərin 90,99%-i sayıldıqdan sonra “Gürcü arzusu” koalisiyasının prezidentliyə namizədi Georgi Marqvelaşvili liderlik edir. Seçkilərin yekun nəticələri 20 gün ərzində elan olunmalıdır.


 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1128

Oxşar yazılar