Gürcüstanın sabiq iqtisadi inkişaf naziri Kaxa Bendukidze 58 yaşında vəfat edib. APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, bu barədə Gürcüstan parlamentinin deputatı Koba Subeliani bildirib.
Bəzi Gürcüstan KİV-ləri Bendukidzenin Londonda ürək çatışmazlığı səbəbindən vəfat etdiyini bildirib.
Kaxa Bendukidze 1980-cı illərin sonundan 2004-cü ilədək Rusiyada sahibkarlıq fəaliyyəti ilə məşğul olub. O, keçmiş prezident Mixail Saakaşvilinin dəvəti ilə, 2004-2008-ci illərdə Gürcüstanın iqtisadi inkişaf naziri vəzifəsində çalışıb.