APA-nın Gürcüstan bürosunun məlumatına görə, məclisdə Gürcüstan Müsəlmanları İdarəsinin rəhbəri Vaqif Əkbərov, GMİ-nin Acarıstan bölməsinin müftisi Cemal Paksadze, imam Yasin Əliyev və digər din adamları, eyni zamanda Gürcüstan parlamentinin azərbaycanlı deputatları, Baş nazirin milli azlıqlar üzrə köməkçisi azərbaycanlı Savalan Mirzəyev, “Gürcü Arzusu” koalisiyasının siyasi şurasının üzvü Əli Babayev iştirak edib.
Tədbirdə çıxış edən baş nazir Bidzina İvanişvili müsəlmanların Müqəddəs Ramazan bayramını təbrik edib: "Mən özümü çox xoşbəxt hiss edirəm ki, bu müqəddəs ayda iftar süfrəsində sizinlə bərabərəm. Hər birinizə və ailələrinizə bu gözəl ayda Allahdan can saglıqı ve xoş bəxtlik arzu edirəm".